Ağacın kölgəsinə görə ərəbdən 5 manat istədi, dava düşdü – Azərbaycanda (FOTO, VİDEO)

24-07-2018, 09:49           
“Ağacı Allah yaradıb, amma buraya mən baxıram”Ağacın kölgəsinə görə ərəbdən 5 manat istədi, dava düşdü – Azərbaycanda (FOTO, VİDEO)

Minval.İnfo xəbər verir ki, ərəb turistlə azərbaycanlı gənc ağaca görə mübahisə edib. Hadisə Quba rayonunun Qəçreş kəndində baş verib.

Belə ki, həmin əraziyə səfər edən ərəblərdən ibarət turistlər dincəlmək üçün yol kənarında dayanıb və ağacın kölgəsində oturublar.

Həmin yerdə somavar çayı satan gənc isə ərəblərdən ağacın kölgəsinə görə də 5 manat pul tələb edib. Bu da narazılığa səbəb olub. Ərəblərdən biri (Videoda qırmızı köynəkdə görünən şəxs – red) ağacı Allahın yaratdığını deyib. Gənc isə ona, “Ağacı Allah yaradıb, amma buraya mən baxıram. 5 manat verməlisən” deyərək israrına davam edib.

Bir müddət sonra ərəb turist 2 manat təklif edib, gənc isə pulu yerə atıb. Bu zaman turistlərdən biri kölgə üçün pul tələb edən gəncə 5 manat verib və məsələ qapanıb.






Həmin görüntüləri sizlərə təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru