Elmar Vəliyevə qarşı sui-qəsdin daha bir iştirakçısı məhv edildi

25-07-2018, 15:09           
Elmar Vəliyevə qarşı sui-qəsdin daha bir iştirakçısı məhv edildi
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

Virtualaz.org-un hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru