Bakıda holdinq rəhbərini 17 yerindən bıçaqladılar - Siqaretə görə / FOTOLAR

25-07-2018, 16:31           
Bakıda holdinq rəhbərini 17 yerindən bıçaqladılar - Siqaretə görə / FOTOLAR
"E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb.

BakuPost Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb.

E. Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.

Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:

"Dünən bıçaqlayıblar, reanimasiyadadır. Deyirlər ki, bir nəfər yaxınlaşaraq ondan siqaret istəyib. O, daha sonra Elşəndən telefonu tələb edib, mübahisə yaranıb və 17 bıçaq vurub”.

Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru