Moskvada 6 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

27-07-2018, 04:30           
Moskvada 6 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb
Moskva ətrafında 6 avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında 4 nəfər həyatını itirib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-nin mətbuat xidmətindən məlumat verilib.

"Saat 01:30 radələrində Novaryazanskovo şosesinin 27-ci kilometrliyində "Kamaz" markalı yük maşını 6 avtomobillə toqquşub, 4 nəfər ölüb", - idarədən bildiriblər.

Hadisə yerinə istintaq qrupu cəlb edilib, qəzanın başvermə səbəbləri araşdırılır, avtomoboillərin hərəkətində xeyli çətinliklər yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru