Zülfüqarlı qardaşlarının zavodunda partlayış baş verdi

27-07-2018, 12:54           
Zülfüqarlı qardaşlarının zavodunda partlayış baş verdi
Saray qəsəbəsində Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı sexində partlayış baş verib.

İlkin məlumata görə, kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə - Masallı sakini Ağamalı Qurbanov həlak olub.

Virtualaz.org-da olan informasiyaya görə, faciəvi hadisənin baş verdiyi kustar sex Zülfüqarlı qardaşlarının polad əridilməsi və armatur istehsalı üzrə qeyri-leqal müəssisələr şəbəkəsinə daxildir.

Daha əvvəllər yazdığımız kimi, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-qanuni biznes təşkil ediblər. Hazırda bu şəbəkəyə dörd gizli sex daxildir.

Həmin sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və düzbucaqlı profillərin istehsalı aparılır ki, bunlardan tikinti-inşaat işlərində istifadə edilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullar indiyə kimi yeni yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, həmçinin təmir işlərində istifadə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.