ƏSGƏRİMİZ HƏLAK OLDU - FOTO

27-07-2018, 17:58           
ƏSGƏRİMİZ HƏLAK OLDU - FOTO
Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Arif Məmmədov həlak olub.

Teref.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə həlak olmuş əsgərin qohumları bildiriblər.

İnformasiyaya əsasən, Arif Məmmədov cəbhənin Qarabağ istiqamətində baş verən atışma zamanı həlak olub. Onun Beyləqan rayonundan hərbi xidmətə çağırıldığı bildirilir.

Qeyd edək ki, bu gün erməni KİV-i də Dağlıq Qarabağda cəbhə xəttində atışma və 20 yaşlı erməni hərbi qulluqçusu David Arturoviç Miloyanın yaralandığı barədə xəbər yaymışdı.

Azərbaycan Müdafiə Nazirliyindən hərbi qulluqçu Arif Məmmədovun ölüm xəbərini virtualaz.org-a təsdiqləyiblər.

Amma onu da bildiriblər ki, o, döyüş şəraitində həlak olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru