Baş Prokurorluq Zülfüqarlı qardaşlarının zavodunda ölüm faktı barədə – FOTO

27-07-2018, 21:19           
Baş Prokurorluq Zülfüqarlı qardaşlarının zavodunda ölüm faktı barədə – FOTO
Azərbaycan Respublikasının Baş Prokurorluğu polad istehsalı üzrə sexdə fəhlənin ölümü ilə bağlı məlumat yayımlayıb.

Virtualaz.org daha öncə yazmışdı ki, Zülfüqarlı qardaşlarına məxsus sexdə kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə – Masallı rayon sakini Ağamalı Qurbanov həlak olub.

Baş Prokurorluğun məlumatında deyilir: “İyulun 25-də günorta saat 4-də “Sen İnşaat” MMC-də Ağamalı Qurbanov (1964-cü il təvəllüdlü) üzərinə yanacaq töküldüyü üçün yanıq xəsarətləri alıb. Bu vaxt o, qaz kəsicisi ilə köhnə yük maşınının benzin çənini kəsirmiş. Xəsarət alan şəxs 5 saylı şəhər klinikasına çatdırılıb və iyulun 26-da orada dünyasını dəyişib”.

Fakt üzrə Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi (təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan ölümü) üzrə cinayət işinə başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər edilib.

Hazırda təqsirkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər həyata keçirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.