Yaponiyada qasırğaya görə 150-dən çox aviareys ləğv edilib

28-07-2018, 08:07           
Yaponiyada qasırğaya görə 150-dən çox aviareys ləğv edilib
“Condari” adlı güclü qasırğanın Yaponiyanın cənub-şərq sahillərinə doğru yaxınlaşır. Trend-in məlumatına görə, qasırğa azı 152 daxili reysin ləğvinə səbəb olub.

Yaponiyada 12 nömrə verilən qasırğa Sakit okeandan şimal-qərbə doğru hərəkət edir və şənbə günü səhər saatlarında Yaponiyanın sahillərinə yaxınlaşır. Sonra isə qasırğanın istiqaməti qərbə dəyişərək Kansay regionuna hərəkət edəcəyi gözlənilir.

Hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 40 metr təşkil edir.

Qasırğanın keçdiyi ərazilərdə dalğaların 10 metrə qədər qalxması gözlənilir. Buna görə
də, həmin ərazilərdə yaşayan sakinlərə dənizə çıxmamaq tövsiyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru