Paytaxtın mərkəzində polis belə bıçaqlandı – VİDEO/FOTO

28-07-2018, 09:00           
Paytaxtın mərkəzində polis belə bıçaqlandı – VİDEO/FOTO
Moskvanın mərkəzində polis əməkdaşına hücumun video görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, videoçarx “Moskva 24” telekanalının rəsmi Yutub hesabında dərc edilib.

Kadrlardan görünür ki, cinayətkar polisi bir neçə dəfə bıçaqla vurur və sonra hadisə yerindən qaçır. Polis sinədən yaralanma ilə xəstəxanaya çatdırılıb.

Hadisə ötən gün günorta saatlarında Slovakiya səfirliyinin binasının qarşısında baş verib.

Hazırda cinayətkar axtarılır. Onun barəsində hakimiyyət nümayəndəsinin həyatına qəsd etmə maddəsi üzrə cinayət işi qaldırılıb. Ömürlük azadlıqdan məhrum edilmə bu maddə üzrə maksimal cəzadır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru