Gəncə hadisələrinə görə tutulanlardan bir neçəsinin adı məlum oldu

31-07-2018, 22:10           
Gəncə hadisələrinə görə tutulanlardan bir neçəsinin adı məlum oldu
Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub.

Teref.az Report-a istinadən xəbər verir ki, bunlar Rauf Bayramov, Elşən Məmmədov, Urfan Məmmədov və Abbas Abbasovdur.

Həmin şəxslərin barələrində ötən həftə həbs qətimkan tədbiri seçilib.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 120.2.3; 120.2.10; 120.2.7; 120.2.11; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2 və 315.2-ci maddələri (ümumilikdə 21 maddə) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Gəncə hadisələri iyulun 3-də və 10-da törədilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru