Avropada təyyarə qəzası: 20 nəfər öldü - FOTO

5-08-2018, 20:01           
Avropada təyyarə qəzası: 20 nəfər öldü - FOTO
Alp dağlarında İsveçrəyə məxsus "Ju-52" tipli təyyarə qəzaya uğrayıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan 17 sərnişin və 3 heyət üzvünun hamısı həlak olub.

Ölənlər arasında 11 kişi və 9 qadın olduğu bildirilib.

İsveçrənin Qrizon kantonunun hüquq-mühafizə orqanlarının məlumatına görə, 1939-cu ildə hazırlanmış və İkinci dünya müharibəsində istifadə olunmuş “JU52 HB-HOT” markalı təyyarədən söhbət gedir. İsveçrə hərbi aviasiyasının dostluğu cəmiyyəti təyyarənin sahibidir. Assosiasiyada “Yunkers” tipli daha iki bərpa olunmuş təyyarə var.

Təyyarə Senyaz piki ətrafında 2540 metr hündürlükdə düşüb. Məlumata görə, təyyarə Tiçino kantonuna ikigünlük ekskursiyadan qayıdırdı.

Qeyd edilir ki, “Junkers”də “qara yeşik” yox idi və bu, hadisənin araşdırılmasında çətinlik yaradacaq.

İsveçrə baş prokurorluğu hadisə ilə əlaqədar cinayət işi qaldırıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru