Təyyarə belə qəzaya uğradı: 249 ÖLÜ - VİDEO

27-09-2018, 08:11           
Təyyarə belə qəzaya uğradı: 249 ÖLÜ - VİDEO
Amerikanın "National Geographic" telekanalı 2014-cü ilin martında Hind okeanının üzərində səmada itən "Malayziya Hava Yolları"na məxsus "Boinq" təyyarəsinin uçuşunu yenidən yaradıb.

Teref.az xəbər verir ki, sənədli filmdə danışan ekspertlərin sözlərinə görə, yanacağın yoxluğu faciənin ən ehtimal edilən səbəbidir.

Təyyarə altı saat ərzində Hind okeanının üzərində yanlış istiqamətdə uçub. Hava gəmisi əslində Kuala-Lumpurdan Pekinə uçmalı idi.

Mütəxəssislərin sözlərinə görə, 249 sərnişin və ekipajın üzvü okeana düşdüyü anda güclü zərbə nəticəsində ölüblər. Təyyarənin qalıqları Hind okeanında Reyunon adasında aşkar edilmişdi. Qırıntılar daha sonralar Mavriki və Mozambik sahillərində tapılmışdı.(publika.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.