ABŞ-da reaktiv sərnişin təyyarəsi qəzaya uğrayıb - FOTO

28-09-2018, 07:43           
ABŞ-da reaktiv sərnişin təyyarəsi qəzaya uğrayıb - FOTO
Ötən gün ABŞ-ın Cənubi Karolina ştatının Qrinvill şəhər aeroportunda reaktiv sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə iki pilot ölüb, daha iki sərnişin yaralanıb.

"Report" "Fox Carolina" telekanalına istinadən xəbər verir ki, "Dassault Falcon 50" tipli təyyarə enmə zolağından kənara çıxıb və tən ortadan bölünüb.

Təyyarədə sərnişin qismində ər-arvad cütlüyü olub. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kritikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.