Ermənistanı şoka salan bacılar AZADLIQDA - Avtoritet atalarını doğramışdılar

28-09-2018, 10:21           
Ermənistanı şoka salan bacılar AZADLIQDA - Avtoritet atalarını doğramışdılar
Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib.

BakuPost yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 17 yaşlı Mariya, 18 yaşlı Angelina və 19 yaşlı Kristinaya qarşı qətimkan tədbiri dəyişdirilib. Hüquq müdafiəçisinin sözlərinə görə buna səbəb şahidlərin dindirilməsi olub.

Bacılara mənzillərini saat 21:00-dan 07:00-dək tərk etməməsi, bir-birləri ilə əlaqə saxlamaması və 28 dekabra qədər internetdən istifadə qadağası qoyulub.

Vəkil bacılara nəzarət etmək üçün elektron qolbağlardan istifadəni istisna etməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.