Futbol üzrə Portuqaliya yığmasının kapitanı və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu zorlamada ittiham olunur. Amerikalı Katrin Mayorqa futbolçunun onu zorladığını bəyan edib.
Mayorqanın sözlərinə görə, insident 9 il əvvəl Las-Veqasda baş verib. Həmin dövrdə Madrid “Real”ının oyunçusu olan Kriştianu Ronaldu qızı oteldə zorlayıb. Portuqaliyalı zərərçəkmişə 375 min dollar ödəyib. Lakin Katrin yenə də hadisə barədə danışıb.