Şəhərdə həkim xəstəni “ipoteka” sözünə görə döydü

29-09-2018, 20:29           
Şəhərdə həkim xəstəni “ipoteka” sözünə görə döydü
Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb.

Teref.az xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq “kredit” əvəzinə “ipoteka” kəlməsini işlədib. Bu da diş həkiminin əsəbləşməsinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Nəticədə həkim Sərvər Abışovu döyərək ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.