İşdən çıxarılan qadın əri və övladı yuxudaykən özünü asdı - FOTO

2-10-2018, 12:05           
İşdən çıxarılan qadın əri və övladı yuxudaykən özünü asdı - FOTO
27 yaşlı qadın özünü öldürüb.

O, əri və oğlu yuxarı mərtəbədə yatarkən intihar edib.

Viktoriya Pokok adlı qadın özünü iki mərtəbəli evin birinci mərtəbəsində asıb.

Viktoriya işdən çıxarıldığına görə canına qəsd edib. Belə ki, o, işdən qovulduqdan bir gün sonra özünü öldürüb.
Yuxudan ayılanda xanımının cansız bədəni ilə qarşılaşan ər onun ipini kəsib, sonra da kömək çağırıb. O, 18 aylıq oğlu anasını elə vəziyyətdə görməsin deyə onu gizlədib.

Onun iş yerindən bildiriblər ki, qadın son zamanlar yuxusuzluqla bağlı şikayət edirdi.

Hadisə İngiltərənin Berkşir qraflığında baş verib.

mənbə: milli.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.