Eldar Əzizov Qüdrət Şükürovun fəaliyyətini TƏFTİŞ EDİR - Əmr imzaladı...

2-10-2018, 12:21           
Eldar Əzizov Qüdrət Şükürovun fəaliyyətini TƏFTİŞ EDİR - Əmr imzaladı...
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.

Teref.az yazır ki, bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

“İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir”, - BŞİH-dən “Report”a daxil olan məlumatda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.