"Səsyazısını kimin yayması bizə məlumdur" - QALMAQAL
2-10-2018, 12:22
"Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısının kimin yayması barədə bizdə dəqiq məlumat var".
Musavat.com xəbər verir ki, bu fikri holdinqin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin rəhbəri Afiq Səfərov deyib. O bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etmişik, araşdırma gedir:
"Heç bir fakta, dəlilə əsaslanmadan bunu ediblər. Müəssisələrimizim qapıları istehlakçılarımızın üzünə hər zaman açıqdır. Onlar gəlib istehsal prosesləri ilə tanış ola bilərlər. Məhsullarımız haqqında yayılan səs yazısının məqsədi şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şayiələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Məhsullarımızın keyfiyyətinə əminik. Bu da çirkli yol tutan rəqiblərimizi qıcıqlandırır. İnanmıram ki, onların bu çirkli kampaniyasına etimad göstərilsin".