Türkiyənin “Medipol Başakşəhər” klubu müğənni Berkay Şahinlə dava edən futbolçu Arda Turanı 2.5 milyon lirə məbləğində cərimələyib. Axar.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda məlumat verilib. Klub bundan başqa Ardanın peşəkar öhdəliklərinin məhkəmənin qərarına qədər davam edəcəyini də bildirib.