Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb

16-10-2018, 19:41           
Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb
Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının Təşkilat Komitəsi mundialın gəlirini açıqlayıb.

"Report" xəbər verir ki, hesabatda DÇ-2018-in ölkə iqtisadiyyatına 2013 - 2018-ci illər aralığında 952 milyard rubl (təxminən, 14,6 milyard dollar) gəlir gətirdiyi vurğulanıb.

Rusiya dünya çempionatının təşkilinə isə 688 milyard rubl sərf edib.

Beləliklə, bu mundial Braziliya, Cənubi Afrika Respublikası (CAR), Almaniya və Cənubi Koreyadakı dünya çempionatlarından daha çox gəlir əldə edib.

Rusiyanın qarşıdakı beş il ərzində DÇ-2018-ə görə hər il 150-210 milyard rubl qazancağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru