Faiq Qarayev milliyə qayıtdı ...

16-10-2018, 23:17           
Faiq Qarayev milliyə qayıtdı ...
Oxu.Az onun əvəzinə kimin milliyə baş məşqçi təyin olunmasını öyrənmək məqsədilə Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli ilə əlaqə saxlayıb.

O, millinin oyunlarının bir də yazda olacağını, buna görə hazırda yığmaya baş məşqçi postuna namizəd axtarışında olmadıqlarını bildirib:

“Bizim milli bir də baharın sonlarında Avropa çempionatının final mərhələsi üçün bir araya gələcək. Ona görə də hazırda bu məsələ federasiyanın gündəmində yoxdur”.

Zöhrab Gözəlbəyli hazırda ürəyində problemlər yaşayan Faiq Qarayevin sağalacağı təqdirdə postuna geri qayıdacağını da istisna etməyib:

“Hamımız dua edirik ki, Faiq müəllim sağalsın, əvvəlki vəziyyətinə qayıtsın. Onu bütün dünya tanıyır. Faiq müəllimin milliyə geri qayıtması mümkündür. Xatırlayırsınızsa, o, bir dəfə də səhhətindəki problemlər səbəbindən millidən ayrılmışdı. Sonra geri qayıtdı. İndi yenidən qayıtması mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru