Ranyeri Meksika millisinə rəhbərlik edə bilər

17-10-2018, 06:48           
Ranyeri Meksika millisinə rəhbərlik edə bilər
Məşhur italiyalı məşqçi Klaudio Ranyeri futbol üzrə Meksika millisinə rəhbərlik etməklə bağlı təklif alıb.

“Report” xəbər verir ki, bu barədə "Esto.com" saytına istinadən "Football Italia" yazıb.

Mənbənin məlumatına görə, Meksika Futbol Federasiyası Ranyeriyə 2022-ci ilə qədər müqavilə təklif edir. Belə olan halda, məşqçi komanda ilə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində işləmək imkanı qazana bilər.

Bundan əvvəl Klaudio Ranyeri İngiltərənin “Lester” klubunun baş məşqçisi postuna dönməkdən imtina etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru