Azərbaycanın U-21 yığması Norveçlə səfər oyununda qələbəni əldən verib

17-10-2018, 07:28           
Azərbaycanın U-21 yığması Norveçlə səfər oyununda qələbəni əldən verib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib. “Report”un məlumatına görə, 5-ci qrupun görüşündə rəqib Norveç yığması olub.

Drammen şəhərindəki “Maryenlist” stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. 76-cı dəqiqədə Leo Ostiqard bərabərlik qolunu vurub.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və “play-off”a vəsiqə şanslarını qoruyub.

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan Norveçə uduzmuşdu – 1:3.

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

16 oktyabr

20:15. Norveç – Azərbaycan – 1:1

Qollar: Leo Ostiqard, 76 – Fəhmin Muradbəyli, 9 (p)

Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)

Drammen. “Maryenlist” stadionu.

Xal durumu: Almaniya – 25, Norveç – 15, İrlandiya – 14, İsrail – 14, Kosovo – 12, Azərbaycan – 3 xal.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru