Boksçumuz erməni rəqiblərini məğlub edib çempion oldu

17-10-2018, 12:00           
Boksçumuz erməni rəqiblərini məğlub edib çempion oldu
Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eurasia Diary xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Əli Zamanov ardıcıl olaraq, ermənistanlı Hayk Alaberkyan, rusiyalı Eduard Voskanyan və bolqarıstanlı Krasimir Churova qalib gələrək yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub – 4:1.

Həlledici görüşdə İngiltərə boksçusu Jo Makqrail ilə qarşılaşan həmyerlimiz bu döyüşdə də inamlı qələbə qazanıb. Əməkdar məşqçi Fərid Mayılovun yetirməsi rəqibindən 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə üstün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru