Kamran Ağayevlə Qurban Qurbanov arasında problem olub?

9-12-2018, 21:41           
Kamran Ağayevlə Qurban Qurbanov arasında problem olub?
Çoxları elə bilir ki, mənim Qurban Qurbanovla aramda problem var, amma bu, belə deyil.

Axar.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın və “Keşlə”nin qapıçısı Kamran Ağayev deyib. 32 yaşlı qolkiper milli komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib:

“Onunla münasibətim indi də yaxşıdır. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq bazubəndini verib. Qurban Qurbanovun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”.

Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru