Messi 15 milyon dollara təyyarə aldı – Foto

9-12-2018, 21:43           
Messi 15 milyon dollara təyyarə aldı – Foto
“Barselona”nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb.

“Qafqazinfo” “AS” qəzetinə istinadən xəbər verir ki, bu barədə Argentinanın “Doble Amarilla” saytı məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu “2004 Gulfstream V” təuyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur.

Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib.

Ulduz futbolçunun bu təyyarəni daha çox Argentina və İspaniya arasındakı uçuşlarda istifadə edəcəyi bildirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru