“Real Madrid” öz meydanında böyük hesabla uduzub

13-12-2018, 07:07           
“Real Madrid” öz meydanında böyük hesabla uduzub
Dekabrın 12-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

“Report” xəbər verir ki, turun gözlənilməz nəticəsi "Santyaqo Bernabeu" stadionunda qeydə alınıb. Turnirin son qalibi “Real Madrid” doğma meydanda Moskvanın ÇSKA klubunu qəbul edib və 0:3 hesabı ilə məğlub olub.

G qrupun digər oyununda da sensasiya qeydə alınıb. "Viktoriya"ya (Plzen, Çexiya) klubu "Roma" 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, “Real Madrid” 12 xalla qrupun qalibi olub. Aktivində 9 xalı olan "Roma" ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Hərəyə 7 xalı olan "Viktoriya" və ÇSKA üçüncü və dördüncü yerləri bölüşüblər. UEFA-nın reqlamentinə əsasən eyni xala malik olan komandalar arasında üstünlük şəxsi oyunları nəticəsinə görə bəlli olur. Beləliklə, bu komandalar arasında daha yaxşı nəticəni “Viktoriya Plzen” göstərdiyinə görə Çexiya təmsilçisi mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.