Fransa çempionatında daha iki futbol matçı etirazlara görə təxirə salınıb

13-12-2018, 07:31           
Fransa çempionatında daha iki futbol matçı etirazlara görə təxirə salınıb
Futbol üzrə Fransa çempionatının XVIII turu çərçivəsində keçirilməli olan "Nitsa" - "Sent-Etyen" və "Nant" - "Monpelye" qarşılaşmalarının vaxtı dəyişdirilib.

"Report" Fransa I Liqasının saytına istinadən xəbər verir ki, bu oyunlar müvafiq olaraq dekabrın 14 və 15-i tarixlərində keçirilməli idi.

Matçların keçirilmə tarixləri sonra müəyyən ediləcək. Onların təxirə salınması qərarı son həftələr Fransada yanacağın qiymət artımına qarşı keçirilən etiraz aksiyaları səbəbindən qəbul olunub.

Bundan əvvəl də Fransa çempionatında iki matç tərixə salınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru