Avropa Liqası: “Beşiktaş” və “Astana” klubları mübarizəni dayandırıb

14-12-2018, 06:57           
Avropa Liqası: “Beşiktaş” və “Astana” klubları mübarizəni dayandırıb
Futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun ilk 12 oyunu keçirilib.

“Report”un məlumatına görə, Türkiyə təmsilçisi “Beşiktaş” İsveç “Malmö”sünü qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 51-ci dəqiqədə Markus Antonsson vurub. 65-ci dəqiqədə isə Rikardu Kuarejma birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub.

Bu məğlubiyyətdən sonra 7 xala malik “Beşiktaş” 3-cü pilləyə enib və mübarizəni dayandırıb. 1/16 finala isə I qrupundan növbəti mərhələyə isə 11 xalı olan Belçika “Genk”i ilə xallarını 9-a çatdıran “Malmö” yüksəlib.

Qazaxıstan “Astana”sı da Fransada “Renn”ə 2:0 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Hər iki qolu 68 və 73-cü dəqiqələrdə İsmaila Sarr vurub. Qonaq komandanın heyətində Azərbaycan millisinin futbolçusu Riçard Almeyda start heyətdə meydana çıxıb. “Qarabağ”ın daha bir sabiq yarımmüdafiəçisi Pedro Enrike də “11-lik”də yer alıb. Almeyda 46-cı, Enrike 71-ci dəqiqədə əvəzlənib.

Bununla da “Astana” K qrupunda 8 xalla 3-cü yeri tutub. 1/16 finala isə 11 xala malik Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə 9 xalı olan Fransa “Renn”i yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru