“Qarabağ” Kiprdə qələbə qazanıb

6-08-2019, 23:03           
“Qarabağ” Kiprdə qələbə qazanıb
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı GPS stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

54-cü dəqiqədə Mahir Emreli topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə onun yerinə meydana “Qarabağ”ın yeni transferi Maqaye Qeye daxil olub. Fransalı hücumçu bir dəqiqə sonra hesab arasındakı fərqi ikiyə yüksəldib. APOEL-in qolunu isə 95-ci dəqiqədə Giorgos Merkis vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru