Riberiyə gözləmədiyi klubdan təklif gəlib

11-08-2019, 00:03           
Riberiyə gözləmədiyi klubdan təklif gəlib
Fransız futbolçu Almaniya klubunun heyətində 24 mükafat qazanıb

May ayında Almaniyanın "Bavariya" klubunu tərk edən fransalı yarımmüdafiəçi Frank Riberi karyerasını Hollandiyada davam etdirəcək. Sputnik Azərbaycan xarici KİV-nə istinadən xəbər verir ki, "PSV" klubu 36 yaşlı futbolçunu öz heyətində görmək istəyir.

Hollandiya klubunun baş məşqçisi Mark van Bommelin Riberinin xidmətlərində şəxsən maraqlıdır. O, düşünür ki, Riberinin təcrübəsi və ustalığı onun komandasına yardım edəcək.

Frank Riberi 12 il "Bavariya"nın həyətində çıxış edib. Fransız futbolçu Almaniya klubunun heyətində 24 mükafat qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.