“Qalatasaray” yenə qələbə qazana bilməyib

26-08-2019, 08:00           
“Qalatasaray” yenə qələbə qazana bilməyib
Türkiyə Super Liqasında II tur davam edir.

APA-nın məlumatına görə, turun 4 oyunu keçirilib.

“Rizəspor” “Sivasspor”, “Trabzonspor” isə “Yeni Malatyaspor”la ev matçında üç xal qazanıb. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb.

“Dənizlispor” “Antalyaspor”la səfər qarşılaşmasında üç xal əldə edib. “Qalatasaray” isə evdə “Konyaspor”la üz-üzə gəlib. İstanbul klubu bu dəfə də meydanı qələbəsiz tərk edib.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.

Türkiyə Super Liqası
II tur
25 avqust
“Rizəspor” – “Sivasspor” – 2:1
Samudio, 55 (pen.), Boldrin, 58 – Andrade, 79
“Trabzonspor” – “Yeni Malatyaspor” – 2:1
Omur, 45, Pereyra, 78 – Tozlu, 89
“Antalyaspor” – “Dənizlispor” – 0:2
Öztürk, 36 (ö.q.), Barrou, 67
“Qalatasaray” – “Konyaspor” – 1:1
Babel, 60 – Conson, 90












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru