“Barselona” 7 qolun vurulduğu görüşdən 3 xalla ayrılıb

26-08-2019, 08:12           
İspaniya La Liqasında II tura yekun vurulub.
“Barselona” 7 qolun vurulduğu görüşdən 3 xalla ayrılıb
APA-nın məlumatına görə, turun son günündə 4 qarşılaşma keçirilib.

“Atletiko” səfərdə “Leqanes”ə qalib gəlib. “Real-Sosyedad” isə “Malyorka”dan güclü olub.

“Barselona” “Betis”i qonaq edib. Kataloniyalılar erkən qolla məğlub duruma düşsələr də, böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 30-31 və sentyabrın 1-də keçiriləcək.

İspaniya La Liqası
II tur
25 avqust
“Alaves” – “Espanyol” – 0:0
“Malyorka” – “Real-Sosyedad” – 0:1
Edeqor, 83
“Leqanes” – “Atletiko” – 0:1
Vitolo, 71
“Barselona” – “Betis” – 5:2
Qrizmann, 41, 50, Peres, 56, Alba, 60, Vidal, 77 – Fekir, 15, Moron, 79












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru