Ramil Şeydayev yenə ehtiyatda qaldı

31-08-2019, 08:16           
Ramil Şeydayev yenə ehtiyatda qaldı
Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Teleqraf.com xəbər verir ki, komanda 8-ci turda səfərdə "Krılya Sovetov"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başlayıb - 0:0.

R.Şeydayev sabiq klubuna qarşı görüşdə iştirak etməyib. O, səfər oyununu ehtiyat oyunçular siyahısından izləyib.

23 yaşlı futbolçu bundan əvvəlki turda "Tombov"la matçda da ehtiyatda qalmışdı.

Qeyd edək ki, "Dinamo" 9 xalla 11-ci , "Krılya Sovetov" isə 7 xalla 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, R.Şeydayev ötən mövsüm "Krılya Sovetov"da oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru