FIFA DÇ-2022-nin loqotipini təqdim edib - VİDEO

4-09-2019, 07:43           
FIFA DÇ-2022-nin loqotipini təqdim edib - VİDEO
FIFA Qətərdə keçiriləcək DÇ-2022-nin loqotipini təqdim edib.

"Report"un məlumatına görə, emblemin əyilmiş xətləri özündə qum təpələrini simvolizə edir. Fasiləsiz dövrə vurma "8-lik" formasında işlənilib ki, bu da çempionatın oyunlarını qəbul edəcək 8 stadionu, habelə, sonsuzluq simvolunu göstərir.

Loqotipin mərkəzi elementi olan ilgək yalnız trofeyin formasını təkrarlamır. O həm də körfəz xalqlarının ənənəvi baş örtüyü sayılan çalmanı göstərir. Emblemi müşayiət edən şrift isə ənənəvi ərəb kalliqrafiyasına əsaslanır.

Qeyd edək ki, qarşıdakı dünya çempionatı 21 noyabr - 18 dekabr 2022-ci ildə təşkil olunacaq. Bu, yayda yox, qışda keçiriləcək ilk mundial kimi tarixə düşəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru