Azərbaycan futbolçusunun qolu "Pasuş de Ferreyra"nı Portuqaliya Kubokunun növbəti mərhələsinə çıxarıb - FOTO

20-10-2019, 08:46           
Azərbaycan futbolçusunun qolu "Pasuş de Ferreyra"nı Portuqaliya Kubokunun növbəti mərhələsinə çıxarıb - FOTO
Futbol üzrə Azərbaycanın yığmasının hücumçusu Renat Dadaşov "Luletano" ilə matçdakı əlavə vaxtda qələbə qolunu (2:1) vuraraq çıxış etdiyi "Pasuş de Ferreyra" komandasını Portuqaliya Kubokunun növbəti raunduna çıxarıb.

Bu barədə "Report" klubun saytına istinadən xəbər verir.

Qeyd edilir ki, onun 110-cu dəqiqədə vurduğu qol komandasının ölkə kubokunda çıxışını davam etdirməyə imkan verib.

Qeyd edək ki, R.Dadaşov İngiltərənin "Vulverhemtron" klubu ilə müqavilə imzalayıb. Lakin icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra"

komandasında çıxış edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.