Azərbaycan Kuboku: "Qəbələ", "Zirə" və "Neftçi"nin rəqibləri məlum olacaq

4-12-2019, 07:29           
Azərbaycan Kuboku: "Qəbələ", "Zirə" və "Neftçi"nin rəqibləri məlum olacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan 3 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, bu qarşılaşmalar da Bakıda təşkil olunacaq.

Bir oyunluq sistemdə qaliblər 1/4 finalda "Qəbələ", "Zirə" və "Neftçi"yə rəqib olacaqlar.

Azərbaycan Kuboku, 1/8 final

4 dekabr (çərşənbə)

14:00. “Zirə” – “Qaradağ Lökbatan”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu ("CBC Sport"/canlı)

15:00. “Sabah” – “Ağsu”

Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena” (ehtiyat meydança), (Pfl.az/canlı)

17:00. “Sumqayıt” – “Zaqatala”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Kapital Bank Arena” ("CBC Sport"/canlı).

Qeyd edək ki, ötən gün "Keşlə" 1/8 final görüşündə "Kəpəz"i üstələyib və növbəti mərhələdə "Qarabağ"a rəqib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru