UEFA DÇ-2022-nin seçmə mərhələsinin formatını təsdiqləyib

5-12-2019, 01:54           
UEFA DÇ-2022-nin seçmə mərhələsinin formatını təsdiqləyib
UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında 2022-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə turnirinin keçirilmə formatını təsdiqləyib.

"Report"un məlumatına görə, Qətərdə keçiriləcək mundiala "köhnə qitə"dən 13 ölkə vəsiqə qazanacaq. Onlardan 10-u qrup qalibləri, 3-ü isə "pley-off" mərhələsinin ən yaxşıları olacaq. Pley-offda qruplarda 2-ci yeri tutacaq 10 komanda, habelə, 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının 2 ən yaxşı qrup qalibi çıxış edəcək. Onlar birbaşa vəsiqə qazana bilməmiş komandalardan ibarət olacaq. Beləliklə, bu yığmalar arasında 3 pley-off təşkil ediləcək. Yarımfinallarda komandalar hərəyə bir oyun keçirəcəklər. Artıq Millətlər Liqası iştirakçılarının səbətlərə bölgüsü də aparılıb. Azərbaycan C Liqasında Ermənistan, Qazaxıstan və Moldova ilə birgə 4-cü səbətə düşüb.

A Liqası

1-ci səbət: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası
1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C Liqası
1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya,Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova

D Liqası
1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino

Millətlər Liqasının püşkü 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacaq.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru