“Yuventus” ilk məğlubiyyətini Romada alıb

8-12-2019, 03:59           
“Yuventus” ilk məğlubiyyətini Romada alıb
İtaliya A seriyasında XV tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 3 qarşılaşma baş tutub.

Son çempion “Yuventus” “Latsio”nun qonağı olub. Romalılar ev oyunundan qalib ayrılıb. Bu, Turin təmsilçisinin mövsümdə ilk məğlubiyyəti olub.

“Atalanta” evdə “Verona” üzərində əzmkar qələbə əldə edib. “Napoli” isə Udine səfərində xal itkisi ilə üzləşib.

Qeyd edək ki, tura dekabrın 8-də yekun vurulacaq.

İtaliya A seriyası
XV tur
7 dekabr
“Atalanta” – “Verona” – 3:2
Malinovski, 44, Muriel, 64 (avtoqol), Cimsiti, 90 – Di Karmine, 23, 57
“Udineze” – “Napoli” – 1:1
Lasanya, 32 – Zelinski, 69
“Latsio” – “Yuventus” – 3:1
Felipe, 45, Milinkoviç-Saviç, 74, Kaysedo, 90 – Ronaldo, 25












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru