“Real”la “Barselona” növbəti qələbəsini qazanıb

8-12-2019, 05:00           
“Real”la “Barselona” növbəti qələbəsini qazanıb
İspaniya La Liqasında XVI turun növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 4 matç baş tutub.

Çempionatın liderləri üç xalı çətinlik çəkmədən qazanıblar. “Real” “Espanyol”ni, “Barselona” “Malyorka”nı üstələyib.

“Qranada” “Alaves”i darmadağın edib. “Valensiya” 0:2 hesabı ilə uduzduğu matçda “Levante”yə qalib gəlib. Maraqlıdır ki, meydan sahiblərinin heyətində dubl müəllifi olan Marti ilk 45 dəqiqədəki bütün toplara imza atıb. O, öncə iki qol, ardınca avtoqolla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, tura dekabrın 8-də yekun vurulacaq.

İspaniya La Liqası
XVI tur
7 dekabr
“Real” – “Espanyol” – 2:0
Varan, 37, Benzema, 79
“Qranada” – “Alaves” – 3:0
Fernandes, 48, Soldado, 58 (pen.), Errera, 77
“Levante” – “Valensiya” – 2:4
Marti, 11, 20 (pen.) – Marti, 45 (avtoqol), Qameyro, 56, 59, Torres, 88
“Barselona” – “Malyorka” – 5:2
Qrizmann, 7, Messi, 17, 41, 83, Suares, 43 – Budimir, 35, 64












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru