“İrqçiliyə görə oğlumu futbol oynamağa qoymadım” – Yaya Ture

20-12-2019, 10:33           
“İrqçiliyə görə oğlumu futbol oynamağa qoymadım” – Yaya Ture
Belçika millisinin və “Mançester Siti”in sabiq futbolçusu Yaya Ture irqçiliklə bağlı danışıb.

Qol.az xəbər verir ki, karyerası ərzində dəfələrlə irqi ayrı-seçkiliyə məruz qalan 36 yaşlı yarımmüdafiəçi “L'Equipe”ə açıqlamasında bu kimi məsələlərə görə oğlunun futbolçu olmaq arzusunu ürəyində qoyduğunu deyib:

“Mən irqçiliyə həssasam. Bu, məni hər zaman incidir. Oğlum futbol oynamaq, futbolçu olmaq istəyir. Ancaq ona demişəm ki, bunu edə bilməzsən. Bu qərarı verməliydim. Ona futbol oynamağa imkan vermədim. Niyə? Məhz irqçiliyə görə”.

Qeyd edək ki, Yaya Ture hazırda Çinin "Çindao Haynyu" klubunda çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru