İranda qadın azarkeşlər ölkədaxili futbol oyunlarına da buraxılacaq

21-12-2019, 07:38           
İranda qadın azarkeşlər ölkədaxili futbol oyunlarına da buraxılacaq
İran Futbol Federasiyası FIFA qarşısında qadınların ölkədaxili liqa matçlarında iştirakına icazə veriləcəyi barədə yazılı öhdəlik götürüb.

Oktyabr ayında son 40 ildə ilk dəfə olaraq iranlı qadınlara Dünya Kuboku seçmə mərhələsində İran-Kamboca matçına baxmağa icazə verilmişdi.

1979-cu il İslam İnqilabından qısa müddət sonra nadir istisnalarla qadınlara kişilərin oyunlarını stadionda izləmək qadağan edilmişdi.

Sentyabr ayında matçı canlı izləmək istədiyi üçün həbsinə etiraz olaraq özünə qəsd edən Səhər Xudayarinin ölümündən sonra FİFA Kamboca ilə oyunda qadınların iştirakını təmin etmək üçün Tehrana xüsusi heyət göndərmişdi.

Sevimli komandası “İstiqlal”ın rənglərinə uyğun olaraq internetdə "Mavi Qız" ləqəbi almış Xudayari kişi kimi geyinərək stadiona girməyə çalışdığına görə İslam İnqilab Məhkəməsi tərəfindən altı ay həbs cəzası almaqdan qorxmuşdu.

Oktyabrda qadınların milli komandasının oyununa qatılmasından sonra FİFA prezidenti Canni İnfantino İran hakimiyyətini qadınların bütün futbol matçlarında iştirakına icazə verməyə çağırıb:

"İndi FİFA İranda futbol matçlarında iştirak etmək istəyən bütün qadınların sərbəst və təhlükəsiz mühitdə bunu edəcəyinə heç vaxt olmadığı qədər ümid edir,” o bildirib./Amerikaninsesi.org/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru