Messi 9-cu dəfə bu göstəriciyə nail oldu

22-12-2019, 00:04           
Messi 9-cu dəfə bu göstəriciyə nail oldu
"Barselona" futbol komandasının kapitanı Lionel Messi İspaniyanın 18-ci turunun "Alaves"lə matçında komandasının növbəti qolunu vurub.

Barselonanın "Kamp Nou" stadionunda keçirilən qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da argentinalı futbolçu cari ildə 50-ci qolunu vurub. Otuz iki yaşlı hücumçu ardıcıl altıncı dəfə bu göstəriciyə nail olub. Leo habelə 10 ildə doqquzuncu dəfədir ki, il ərzində 50 qola imza atır. Daha əvvəl hücumçu 2010, 2011, 2012, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə ən azı 50 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru