Şəhriyar İsraildə 4-cü yeri tutdu

23-12-2019, 03:12           
Şəhriyar İsraildə 4-cü yeri tutdu
İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi keçirilib.

Qran-Pri seriyasının qalibi rusiyalı şahmatçı Aleksandr Qrişuk olub. O, 20 xal toplayıb.

İkinci yeri Rusiyanın digər təmsilçisi, İsrailin Qüds/Yerusəlim şəhərində keçirilmiş seriyasının dördüncü mərhələsinin qalibi Yan Nepomnyaşi tutub.

Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.

Ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov təmsil edib. Lakin o, ümidləri doğrultmayıb. Şahmatçımız yarışların yekunlarına görə 10 xalla 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar olaraq “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyib. //Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru