“Qarabağ”dan ayrılıram” - Almeyda gedir

24-12-2019, 10:28           
“Qarabağ”dan ayrılıram” - Almeyda gedir
“Qarabağ"ın futbolçusu Riçard Almeyda qış fasiləsində klubdan ayrılacaq.

"Yeni Sabah" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə məlumatl Qazaxıstanın sports.kz saytına müsahibəsində açıqlayıb: "Qarabağ"dan bu qış ayrılıram".

Millimizin üzvü hazırda başqa klubların da onunla maraqlandığını etiraf edib:

"Bir neçə klubdan təklif var, amma hazırda qərar verməmişəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur. Astana ilə müqaviləmi 3-4 ay bundan əvvəl ləğv etmişik".

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan braziliyalı futbolçunun "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır. O, ötən mövsüm "Astana"dan icarə əsasında Ağdam klubuna keçmiş, daha sonra "Astana ilə müqaviləni ləğv etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru