Ronaldonun het-triki "Yuventus”a böyük hesablı qələbə qazandırıb

7-01-2020, 00:00           
Ronaldonun het-triki "Yuventus”a böyük hesablı qələbə qazandırıb
"Yuventus" İtaliya çempionatının 18-ci turunun matçında "Kalyari"ni darmadağın edib.

“Report” xəbər verir ki, qarşılaşma Turində, “Alyans” stadionunda baş tutub və “Yuventus”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. Kriştianu Ronaldo 49-cu dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. İkinci hissənin ortalarında portuqaliyalı 11 metrlik cəriməni reallaşdıraraq Turin klubunun üstünlüyünü artırıb. 81-ci dəqiqədə Qonsalo İquain Ronaldonun ötürməsi ilə hesabı 3:0-a çatdırıb. Bir dəqiqə sonra Ronaldu het-triki rəsmiləşdirib - 4:0.

"Yuventus" 45 xalla A seriyasının turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. "Kalyari" 29 xalla 6-cı yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru