"Fənərbaxça" səfərdə qalib gəlib, "Qalatasaray" uduzub

6-02-2020, 09:37           
"Fənərbaxça" səfərdə qalib gəlib, "Qalatasaray" uduzub
"Fənərbaxça" səfərdə qalib gəlib, "Qalatasaray" uduzub Clock-gray 23:29 calendar-gray 05 Fevral 2020 A- A+ Türkiyə kubokunda 1/4 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha iki oyun keçirilib.

1/8 finalda sensasiyalı şəkildə "Başakşəhər"i üstələyən aşağı liqa təmsilçisi "Kırklarelispor" eyni uğuru "Fənərbaxça" önündə təkrarlaya bilməyib. İstanbul nəhəngi səfər matçından böyükhesablı qələbə ilə qayıdaraq, yarımfinal mərhələsinə vəsiqənin öhdəsindən böyük ölçüdə gəlib.

"Qalatasaray" isə Superliqada mövsümün sürpriz komandalarından olan "Alanyaspor"un qonağı olub. Ölkə çempionatında çempionluğa iddia edən alanyalılar kubokda da iddialarını ortaya qoyublar. Hər hissədə bir qol buraxan "cim-bom" cavab qarşılaşması öncəsi işini xeyli çətinə salıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsindəki son matç ("Antalyaspor" - "Sivasspor") fevralın 6-da keçiriləcək. Cavab görüşləri isə ayın 11-13-də baş tutacaq.

Türkiyə kuboku 1/4 final

5 fevral

“Kırklarelispor” – “Fənərbaxça” – 0:3

Mevlüt Erdinç, 43; Mehmet Ekici, 52; Surqulu, 57 (avtoqol)

"Alanyaspor" - "Qalatasaray" - 2:0

Bakasetas, 20; Junior Fernandes, 55












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.