"PSJ" darmadağınla Fransa kubokunun 1/2 finalına çıxıb

13-02-2020, 07:47           
"PSJ" darmadağınla Fransa kubokunun 1/2 finalına çıxıb
"Dijon" futbol komandası Fransa kubokunun 1/4 final matçında "Pari Sen-Jermen”i (PSJ) qəbul edib.

“Report”un məlumatına görə, görüş Dijonda "Qaston Jerar" stadionunda baş tutub və qonaqların böyük hesablı qələbəsi ilə qurtarıb.

Qarşılaşmada hesab artıq matçın 1-ci dəqiqəsində açılıb – “Dijon"un müdafiəçisi Vesley Lautoa avtoqol müəllifi olub. Bundan 12 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Munir Şuiar hesabı bərabərləşdirib – 1:1. Birinci hissənin sonunda - 44-cü dəqiqədə “parislilər”in hücumçusu Kilian Mbappe PSJ-ni yenidən hesabda irəli çıxarıb.

Altı dəqiqə sonra müdafiəçi Tyaqo Silva qonaqların növbəti qoluna imza atıb.

Matçın 55-ci dəqiqəsində yarımmüdafiəçi Pablo Sarabiya Paris komandasının azarkeşlərini növbəti dəfə sevindirib. Qarşılaşmanın 86-cı dəqiqəsində "Dijon" müdafiəçisi Senu Kulibali ikinci avtoqola imza atıb. Oyuna əlavə edilmiş vaxtda Sarabiya dubl edib.

Beləliklə, PSJ Fransa kubokunun 1/2 finalına çıxıb, “Dijon" isə yarışdakı çıxışını başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru