"Yuventus" yenidən liderliyə yüksəlib

9-03-2020, 01:06           
"Yuventus" yenidən liderliyə yüksəlib
"Yuventus" yenidən liderliyə yüksəlib

İtaliya A seriyasında bu gün XXVI turun daha 5 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, mərkəzi görüş Turində baş tutub.

Çempionluğa iddia edən "Yuventus"la "İnter" birincilərin meydanında üz-üzə gəliblər. Boş tribunalar önündə keçirilən matçın ilk hissəsində qol olmasa da, fasilədən sonra daha üstün nəzərə çarpan "Yuventus" qalib gələrək, yenidən birinci pilləni ələ keçirib. "Qoca sinyora" həmçinin "neradzurra" ilə aradakı xal fərqini 9-a yüksəldib.

Avropa Liqasına vəsiqəni hədəfləyən "Milan" doğma azarkeşləri önündə gözlənilmədən aşağı pillələrdə qərarlaşan "Cenoa"ya məğlub olub.

Qeyd edək ki, tura martın 9-da keçiriləcək "Sassuolo" - "Breşiya" (21:30) oyunu ilə yekun vurulacaq.

İtaliya A seriyası
XXVI tur
8 mart
"Parma" - "Spal" - 0:1
Petanya, 71 (pen.)
"Milan" - "Cenoa" - 1:2
İbrahimoviç, 77 - Pandev, 7; Kassata, 41
"Sampdoriya" - "Verona" - 2:1
Kvalyarella, 77, 86 (pen.) - Audero, 32 (avtoqol)
"Udineze" - "Fiorentina" - 0:0
"Yuventus" - "İnter" - 2:0
Remsi, 55; Dibala, 67












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru